İsraildən paralel hücum – Tehran və Beyrut hədəf alındı – VİDEO

Hazırda oxunan: İsraildən paralel hücum – Tehran və Beyrut hədəf alındı – VİDEO

599344

İsrail Müdafiə Ordusu hazırda eyni vaxtda İran və Livanın paytaxtları - Tehranla Beyruta zərbələr endirdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə ordunun sosial şəbəkələrdəki məlumatında bildirilib.

Məlumata əsasən, İsrailin Hərbi Hava Qüvvələri Tehranda İranın hərbi obyektlərinə, həmçinin Beyrutta "Hizbullah"ın mövqelərinə zərbələr endirməyə başlayıb.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.

İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.

Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin