“Birləşmiş Ştatların sursat ehtiyatları heç vaxt indiki qədər yüksək və keyfiyyətli olmayıb. Bu gün mənə məlumat verildi ki, biz bu silahların faktiki olaraq məhdudiyyətsiz ehtiyatına malikik. Müharibələr yalnız bu ehtiyatlardan istifadə etməklə “əbədi” və çox uğurla aparıla bilər. Bizim silahlarımız digər ölkələrin ən yaxşı silahlarından da üstündür”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.
“Ən yüksək səviyyəli silahlar baxımından yaxşı ehtiyatımız var, lakin istədiyimiz səviyyədə deyilik. Çoxlu əlavə yüksək dərəcəli silahlar bizim üçün xarici ölkələrdə saxlanılır.
Yuxulu Co Bayden bütün vaxtını və ölkəmizin pulunu hər şeyi Ukraynaya verərək keçirdi. O, yüz milyardlarla dollar dəyərində yüksək səviyyəli silahları pulsuz verərkən, onları yeniləməyi belə düşünmədi.
Xoşbəxtlikdən, mən ilk prezidentlik müddətimdə ordunu yenidən qurdum və bunu davam etdirirəm. Birləşmiş Ştatlar silahlanıb və böyük qələbə qazanmağa hazırdır”, - deyə ABŞ lideri əlavə edib.
Qeyd edək ki, bir sıra Qərb KİV-ləri və analitiklər ABŞ-ın İranla uzunmüddətli müharibə aparması üçün yetərli silah ehtiyatına malik olmadığını iddia edib.

Bizim.Media

- A-
- A
- A+
Dünya
09:34 / 03.03.2026
ABŞ-ın silah ehtiyatlarının tükənməsi iddialarına Trampdan REAKSİYA – FOTO
Hazırda oxunan: ABŞ-ın silah ehtiyatlarının tükənməsi iddialarına Trampdan REAKSİYA – FOTO
Hazırda oxunan: ABŞ-ın silah ehtiyatlarının tükənməsi iddialarına Trampdan REAKSİYA – FOTO
599333
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































