“Tehrandakı bu kütləvi qatillər dinc sakinlərə hücum edirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
“Biz – İsrail və Amerika – kütləvi terrorçulara zərbələr endiririk. Fərq qısaca bundadır. Biz yaxşı tərəfik”, – deyə o vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisinə zərbələr endirir. Hücumlar nəticəsində dağıntılar və insan tələfatı qeydə alınıb. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərq regionunda yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirir.
İsrail və ABŞ-ın hücumları zamanı İranın Ali lideri ayətullah Əli Seyid Xamenei və ölkənin digər yüksək vəzifəli şəxslərinin də öldürüldüyü bildirilib.
Martın 2-də “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulduğunu açıqlayıb. İsrail isə təşkilata qarşı hücum əməliyyatının başlandığını bəyan edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:28 / 03.03.2026
Netanyahu: “Tehrandakı kütləvi qatillərə zərbələr endiririk”
Hazırda oxunan: Netanyahu: “Tehrandakı kütləvi qatillərə zərbələr endiririk”
Hazırda oxunan: Netanyahu: “Tehrandakı kütləvi qatillərə zərbələr endiririk”
599330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































