SEPAH Hərbi Dəniz Qüvvələrinin (HDQ) həyata keçirdiyi kombinə edilmiş PUA və raket hücumu nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 40-dan çox amerikalı hərbçi öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Bildirilib ki, HDQ-nin Dubay şəhərində amerikalı hərbçilərin toplaşdığı məkanlardan birinə PUA hücumu zamanı orada 160-dan çox dəniz piyadası olub.
HDQ-nin döyüş bölmələri tərəfindən həyata keçirilən kombinə edilmiş PUA və raket hücumu nəticəsində 40-dan çox ABŞ hərbçisi məhv edilib. Yaralıların sayının isə 70-dən çox olduğu bildirilir.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:25 / 03.03.2026
Dubayda ABŞ hərbçilərinin olduğu məkan vuruldu: 40 ölü - ANBAAN VİDEO
Hazırda oxunan: Dubayda ABŞ hərbçilərinin olduğu məkan vuruldu: 40 ölü - ANBAAN VİDEO
Hazırda oxunan: Dubayda ABŞ hərbçilərinin olduğu məkan vuruldu: 40 ölü - ANBAAN VİDEO
599314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































