Dubay hava limanları uçuşları qismən bərpa etdi - Xarici ölkə vətəndaşları təxliyə olunur

Hazırda oxunan: Dubay hava limanları uçuşları qismən bərpa etdi - Xarici ölkə vətəndaşları təxliyə olunur

599261

Dubay hava limanları uçuşların qismən bərpa olunduğunu elan edib.

Bizim.Media xəbər verir ki, "Dubai Airports" aviaşirkəti axşam saatlarından etibarən reyslərin qismən bərpa olunduğuna və xarici ölkə vətəndaşlarının təxliyəsinə başladığını elan edib.
 

Belə ki, "Dubai International Airport" (DXB) və "Al Maktoum International Airport" (DWC) hava limanlarından həyata keçirilən az sayda reyslərdən gedir. Sərnişinlərə aviaşirkət tərəfindən uçuş vaxtı təsdiqlənmədən hava limanlarına getməmələri tövsiyə olunub.


Dubayda yerləşən "Emirates" aviaşirkəti bildirib ki, yerləşdirilmə prosesində əvvəlcədən rezervasiya etmiş sərnişinlərə üstünlük verilir.

Almaniya isə Yaxın Şərq ölkələrindəki vətəndaşlarının təxliyəsi üçün təyyarələr göndərdiyini elan edib. Təxliyə reysləri Ər-Riyad (Səudiyyə Ərəbistanı) və Maskatdan (Oman) həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin