Bu siyasətçi Almaniyada yenidən prezident seçiləcək

Hazırda oxunan: Bu siyasətçi Almaniyada yenidən prezident seçiləcək

0:00
0:00
59922

Almaniyanın xüsusi konstitusiya orqanı olan Federal Məclis hazırkı prezident Frank-Valter Ştaynmayeri ikinci müddətə seçmək üçün bazar günü toplanacaq. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, nümayəndələrin böyük əksəriyyətinə arxalana bilər.

Federal Məclis bir qayda olaraq, beş ildə bir dəfə - yalnız prezidenti seçmək üçün toplanır.

Bu konstitusiya orqanı Bundestaqın deputatlarından və federal əyalətlərin parlamentlərinin nümayəndələrindən ibarətdir. Bu dəfəki iclasda 1472 deputat iştirak edəcək.

Bundan əvvəl Ştaynmayerin namizədliyini artıq ən böyük siyasi qüvvələr - Almaniya Sosial Demokrat Partiyası, Xristian Demokrat və Xristian Sosial İttifaqları, Yaşıllar, Azad Demokrat Partiyası dəstəkləyib. Beləliklə, Ştaynmayer lazım olan 737 səslə 1223 səsə arxalana bilər.

Almaniya üçün Alternativ partiyası Maks Ottenin, Sol Partiyası Gerhard Trabertin, Azad Seçicilər Partiyası Stefani Gebauerin prezidentliyə namizədliyini irəli sürüb.

Yerli müşahidəçilərin fikrincə, onların qalib gəlmək şansları yoxdur.

BILD-in şənbə günü verdiyi məlumata görə, dekabr ayında hökumət başçısı vəzifəsindən istefa verən və siyasətdən gedən keçmiş kansler Angela Merkel də federal məclisin nümayəndəsi olacaq.

Ştaynmayer siyasi karyerasını sosial demokrat kimi başlayıb.

O, iki dəfə - 2005-2009 və 2013-2017-ci illərdə xarici işlər naziri vəzifəsində çalışıb. 2017-ci ildə dövlət başçısı postunda Yoahim Qauku əvəzləyib.

Prezidentlik dövründə AFR-də mövcud olan siyasi ənənəyə uyğun olaraq Ştaynmayer öz partiyasının sıralarını tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin