Astara sərhəd-keçid məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
Bizim.Media xəbər verir ki, hazırda 20-yə yaxın Pakistan və iki nəfər Tacikistan vətəndaşı sözügedən sərhəd-keçid məntəqəsindən keçərək təxliyə olunub. Onların təhlükəsiz şəkildə ölkə ərazisinə keçidi təmin edilib.
Təxliyə olunan xarici vətəndaşların sənədləri yoxlanılıb, qeydiyyatları aparılıb və zəruri hallarda ilkin tibbi baxışla təmin olunublar. Aidiyyəti qurumların əməkdaşları tərəfindən onların təhlükəsiz və nizamlı şəkildə keçidi üçün bütün zəruri tədbirlər görülüb.
Proses müvafiq prosedurlara uyğun olaraq aidiyyəti dövlət qurumlarının nəzarəti altında aparılır. Keçid məntəqəsində təhlükəsizlik tədbirləri gücləndirilib, sənəd yoxlanışı, qeydiyyat və müşayiət xidmətləri operativ şəkildə təşkil olunub və təxliyə prosesi fasiləsiz davam etdirilir.



Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Dünya
22:02 / 01.03.2026
İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir - FOTO
Hazırda oxunan: İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir - FOTO
Hazırda oxunan: İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir - FOTO
599079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































