İrandakı qızlar məktəbinə raketi kim atıb? - İsrail və ABŞ inkar edir

Hazırda oxunan: İrandakı qızlar məktəbinə raketi kim atıb? - İsrail və ABŞ inkar edir

599020

“İsrail Silahlı Qüvvələrinin İrandakı məktəbə İsrail və ya ABŞ-ın zərbə endirməsi barədə heç bir məlumatı yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun sözçüsü Nadav Şoşani deyib.

O vurğulayıb ki, həmin əraziyə İsrail və ya ABŞ-nin hücumu barədə heç nə bilmir.
 

Şoşani əlavə edib ki, ABŞ və İsrail bu məlumatı araşdırır, lakin İranın hesabatlarına şübhə ilə yanaşır.


Qeyd edək ki, İranın cənubundakı Hörmüzqan əyalətinin Minab rayonuna hücumdan sonra qızlar üçün ibtidai məktəbdə 148 nəfərin öldüyü bildirilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin