Əli Xameneinin iqamətgahına 30-a yaxın bomba atılıb.
Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb.
MÖVZU İLƏ BAĞLI:
İran Dövlət Televiziyası Xameneinin öldürüldüyünü təsdiqlədi - VİDEO
Mənbə qeyd edir ki, ABŞ və İsrail qüvvələri İranın ali rəhbəri Əli Xameneinin yerləşdiyi iqamətgaha genişmiqyaslı zərbələr endirib.
Nəşrin məlumatına görə, əməliyyat İran rəhbərliyinin yüksək səviyyəli nümayəndələrinin birgə görüşü zamanı həyata keçirilib. Kəşfiyyat strukturları Xameneinin və digər ali siyasi-hərbi fiqurların məkanını müəyyən etdikdən sonra zərbənin unikal imkan yaratdığı hesab olunub.
Hücumun İran vaxtı ilə səhər saatlarına yaxın başladığı, gün ərzində yüzlərlə hədəfin vurulduğu bildirilir. Əməliyyatda çoxsaylı qırıcı təyyarələr iştirak edib.
Qəzet qeyd edir ki, zərbələr nəticəsində iqamətgah tamamilə dağıdılıb.
Bizim.Media





























































































