Zelenski: “Rusiya ordusu qış aylarında Ukraynaya 738 raket atıb”

Hazırda oxunan: Zelenski: “Rusiya ordusu qış aylarında Ukraynaya 738 raket atıb”

598992

Rusiya ordusu qış aylarında Ukraynaya 738 raket, 14 min 670-dən çox idarə olunan bomba və təxminən 19 min hücum dronundan istifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
 

Onun sözlərinə görə, fevralın son həftəsində Rusiya ordusu 1720-dən çox dron, təxminən 1300 idarə olunan bomba və 100-dən çox müxtəlif növ raketdən istifadə edib.


“Lakin hər şeyə baxmayaraq, ukraynalılar bu çətin qışdan sağ çıxdılar”, - deyə Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, Rusiya qüvvələrinin hücumlarda istifadə etdiyi dronların əksəriyyəti Rusiya-İran “Şahed” dronları olub:

“Bunlar İran rejiminin hazırda Yaxın Şərq ölkələrinə qarşı atdığı eyni dronlardır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin