İranda bu gün Ali Liderin seçilməsi üçün Ekspertlər Şurasının iclası keçiriləcək.
Bizim.Media “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Iran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani məlumat verib.
Qeyd edilib ki, həmçinin Əli Xameneinin varisi seçilənədək Ali Liderin səlahiyyətlərini icra edəcək müvəqqəti rəhbər şura formalaşdırılacaq.
Məlumata görə, şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olacaq.
Qeyd edək ki, İranın ali rəhbəri Əli Xamenei fevralın 28-də səhər erkən saatlarda ABŞ və İsrailin raket hücumu nəticəsində həlak olub. O, həmin vaxt öz ofisində olub.
Bizim.Media


























































































