İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, dünən Tehranda İsrail Müdafiə Qüvvələrinin hava zərbəsi nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xameneinin öldürülməsindən sonra “ədalət zəfər çalıb”.
Bizim.Media xəbər verir ki, bu barədə The Times of Israel nəşri məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İran Dövlət Televiziyası Xameneinin öldürüldüyünü təsdiqlədi - VİDEO
Katsın bəyanatında deyilir: “Zalım Xamenei ‘Şir nəriltisi’ əməliyyatının ilk zərbəsi zamanı İranın terror rejiminin dayağında digər yüksək vəzifəli şəxslərlə birlikdə məhv edildi. İsraili məhv etməyə çalışan hər kəs məhv ediləcək. Ədalət zəfər çaldı və şər oxuna sarsıdıcı zərbə endirildi.”
Martın 1-nə keçən gecə ABŞ prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsində “tarixin ən şər insanlarından biri” adlandırdığı İranın ali rəhbəri Əli Xameneinin həlak olduğunu bildirib.
Bununla yanaşı, Tasnim agentliyi isə ali rəhbərin əməliyyat qərargahından döyüş əməliyyatlarını davam etdirdiyini iddia edib.
Xatırladaq ki, İran rəsmiləri ölkənin ali rəhbəri Əli Xameneinin ölümünü təsdiqləyiblər.
Onun vəfatı ilə əlaqədar ölkədə 40 günlük matəm elan olunub.
Bundan əvvəl Fars agentliyi ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində Xameneinin qızı, kürəkəni, nəvəsi və gəlinlərindən birinin də həlak olduğunu bildirmişdi.
Bizim.Media
























































































