Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İran ərazisinə hava hücumlarını pisləyib.
Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi hücumların İranın nüvə proqramı ilə bağlı danışıqların bərpası fonunda həyata keçirildiyini qeyd edib.
Rusiya tərəfi eskalasiyanın humanitar, iqtisadi və mümkün radioloji nəticələrinin riskləri, eləcə də qlobal nüvə silahının yayılmaması rejiminə mənfi təsiri ilə bağlı narahatlığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyi BAEA-nın təminatları altında obyektlərə zərbələrin qəbuledilməz olduğunu bildirib və gərginliyin daha da artması riski barədə xəbərdarlıq edib. Moskva siyasi və diplomatik həll yoluna dərhal qayıtmağa çağırıb və beynəlxalq hüquqa, qarşılıqlı hörmətə, maraqlar balansına əsaslanan dinc həll yollarının axtarılmasını asanlaşdırmağa hazır olduğunu təsdiqləyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:18 / 28.02.2026
Rəsmi Moskva ABŞ və İsrailin İran ərazisinə hava hücumlarını PİSLƏDİ
Hazırda oxunan: Rəsmi Moskva ABŞ və İsrailin İran ərazisinə hava hücumlarını PİSLƏDİ
Hazırda oxunan: Rəsmi Moskva ABŞ və İsrailin İran ərazisinə hava hücumlarını PİSLƏDİ
598844
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































