Suriya hava məkanını bağladı

Hazırda oxunan: Suriya hava məkanını bağladı

598824

ABŞ və İsrailin İrana endirdiyi zərbələr fonunda Suriya hava məkanını bağlayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Suriya hökuməti uçuş qadağasının azı 12 saat ərzində qüvvədə olacağını bəyan edib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib.
 

ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb.


Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib.

Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və havadan zərbələri endirməyə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin