“iPhone” və “Windows Phone”larda istifadə olunan “PhotoMath” adlı tətbiq ən çətin riyazi məsələləri kitab və dəftərdən skan edərək o anda həll edir.
Məlumata görə, kamera vasitəsilə cihaza skan olunan misal, tənlik və s. riyazi əməliyyat 11 mərhələdə həllini tapır.
Proqramı indilik sadəcə “AppStore” və “Windows Store”dən müvafiq cihazlar üçün yükləmək mümkündür.
Bu proqramdan “Android” sistemlərdə istifadə olunması barədə isə məlumat yoxdur.(anspress)


































































































