Əfqanıstanın Nəngərhar vilayətinin hava məkanında Pakistanın hərbi reaktiv təyyarəsi vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə Ariana News xəbər verib.
Yerli polisin məlumatına görə, təyyarə Cəlalabad şəhərinin 6-cı inzibati rayonunda vurulub. Nəngərhar vilayətində vurulan Pakistanın hərbi reaktiv təyyarəsinin pilotu isə sağ olaraq ələ keçirilib.
27 fevral tarixində politoloq Sergey Stankeviç bildirib ki, Pakistan və Əfqanıstan arasındakı konfliktin strategiyası yoxdur.
Bundan əvvəl Pakistanın müdafiə naziri Havaza Asif Əfqanıstanda Taliban hökumətinə qarşı “açıq müharibənin” başladığını bəyan etmişdi.
Bizim.Media



























































































