“ABŞ Ukraynadakı münaqişənin iştirakçısı deyil, vasitəçidir” — Uitkoff

Hazırda oxunan: “ABŞ Ukraynadakı münaqişənin iştirakçısı deyil, vasitəçidir” — Uitkoff

598541

“ABŞ Ukraynadakı münaqişənin iştirakçısı deyil, vasitəçidir. Biz özümüzü vasitəçi rolunda görürük. Bu münaqişənin birbaşa iştirakçısı hesab etmirik. Buna görə də biz heç vaxt Ukrayna tərəfinə, onun rəhbərliyinə hər hansı mövqe və ya fikir qəbul etdirmək cəhdi ilə getməmişik ki, guya Ukrayna bizim gözləntimizə uyğun olaraq ona əməl etməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff YES forumunda onlayn çıxışı zamanı bildirib.
 

“Biz Ukrayna rəhbərliyini diqqətlə dinləmişik — nələri edə bilərlər, nələri edə bilməzlər, problemin həlli üçün harada siyasi imkan mövcuddur, ərazilər məsələsinə necə yanaşmalıyıq və ya ümumiyyətlə yanaşmalıyıqmı...”


Bununla yanaşı, o, Ukrayna xalqına heyranlığını ifadə edib:

“Bunlar inanılmaz dərəcədə cəsur insanlardır və mən sizin ölkədən tanış olduğum insanlarla həqiqətən uzun və dərin dostluq münasibəti qurmuşam”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin