Rusiya ordusu Xersonda məscidi atəşə tutdu

Hazırda oxunan: Rusiya ordusu Xersonda məscidi atəşə tutdu

598459

Ukrayna KİV-lərinin məlumatına görə, Rusiya qoşunları Xerson şəhərində müsəlman dini icmasına məxsus məscidi atəşə tutub.

Bizim.Media xəbər verir ki, Xerson Vilayət Hərbi Administrasiyasının açıqlamasında bildirilir ki, hücum nəticəsində binanın pəncərələri sındırılıb, fasad və daxili hissələr zədələnib.

“Müsəlmanlar üçün müqəddəs Ramazan ayında belə ruslar dini dəyərlərin onlar üçün heç bir əhəmiyyət kəsb etmədiyini açıq şəkildə nümayiş etdirirlər”, — deyə administrasiyanın bəyanatında qeyd olunub.

OVA-nın məlumatına görə, xoşbəxtlikdən insan tələfatı yoxdur.

Xerson OVA-nın rəhbəri Oleksandr Prokudin bildirib ki, son sutka ərzində vilayətdə Rusiya hərbçiləri kritik və sosial infrastrukturu, yaşayış məhəllələrini atəşə tutublar. Nəticədə 3 çoxmərtəbəli bina və 10 fərdi ev zədələnib. Həmçinin qaz kəməri, anbar və şəxsi avtomobillərə ziyan dəyib.

Rusiya hücumları nəticəsində 5 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin