Ukraynadan Putinin iddialarına CAVAB: “Təxribatı edib, günahı bizim üstümüzə atacaqlar” – EKSKLÜZİV

Hazırda oxunan: Ukraynadan Putinin iddialarına CAVAB: “Təxribatı edib, günahı bizim üstümüzə atacaqlar” – EKSKLÜZİV

598450

Moskvada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəsmiləri ilə görüşən Prezident Vladimir Putin Qara dəniz vasitəsilə Türkiyəyə çatan enerji boru kəmərləri məsələsini qaldırdıb. Putin bildirib ki, Qara dənizin dibindən keçən Türk Axını və Mavi Axın boru kəmərlərinə mümkün hücum olacağı barədə məlumatlar var.

Həmçinin Ukraynanın nüvə silahı əldə etmək istədiyi iddialarına toxunan Putin, Qərbin Rusiyanı strateji cəhətdən məğlub etmək cəhdlərinin uğursuz olduğunu və düşmənin indi "kütləvi terror" metodlarına əl atdığını iddia edərək, nüvə komponentlərindən istifadə etmək niyyətində olduğu barədə məlumatların ciddiliyini vurğulayıb.

"Əgər Kiyevə nüvə silahı əldə etməyə kömək edilərsə, biz çox sərt cavab verəcəyik", deyə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Putinin bu açıqlamaları nəyə hesablanıb?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ukraynalı hərbi jurnalist, politoloq Roman Boçkala bildirib ki, Rusiya Ukraynanı nə iləsə qorxutmağa başlayırsa, bu, aydın şəkildə onun hansısa planının tərkib hissəsidir:

“Ona görə də indi ən çox Rusiya xüsusi xidmət orqanlarının buna bənzər bir şey təşkil etməməsindən narahat olmağa dəyər. Sonra isə adətən etdikləri kimi, bunda Ukrayna tərəfini günahlandıracaqlar. Ukrayna tərəfinin bunu etməsi qətiyyən sərfəli deyil və tamamilə səmərəsizdir. Ona görə ki, Türkiyə Ukraynanın tərəfdaşıdır. Türkiyə Qara dəniz hövzəsindəki qonşumuzdur. Türkiyə Rusiya təcavüzünə qarşı durmaqda Ukraynaya kömək edən, danışıqlar üçün platforma yaradan ölkədir”.

Rusiyanın gizli planı

Boçarov bildirib ki, əgər buna bənzər məlumatlar hansısa qapalı kanallarda, konkret olaraq kəşfiyyat məlumatlarında, diplomatik məlumatlarda və s. dövr etməyə başlayırsa, bu məlumatlar müvafiq qapalı kanallarda da nəzərdən keçirilir:
 

“Əgər qəflətən bu barədə kütləvi informasiya vasitələrinə, özü də Kreml tərəfindən icazə verilmədən buna bənzər heç bir şey dərc etməyən Rusiya KİV-lərinə məlum olursa, biz əminliklə deyə bilərik ki, bu, Rusiyanın hansısa planının bir hissəsidir. Hansı plan olduğunu, təxribat, yaxud başqa bir variant olduğunu dəqiq deyə bilmərəm, lakin bunda qətiyyən yaxşı heç nə yoxdur və bu, Rusiya tərəfindən pərdələnmiş bir “gözdağı”na bənzəyir".

 

Ukrayna nüvə silahı əldə edəcəkmi?

Sualına cavab verən ekspert, belə bir planın olmadığına da diqqət çəkib:

“Bu, sərbəst dövriyyədə olan, hətta məhdud dövriyyədə belə alına biləcək bir məhsul deyil. Təbiətdə belə bir dövriyyə mövcud deyil və dövlətlərarası beynəlxalq münasibətlər bu növ silahların ötürülməsini nəzərdə tutmur. Tarixdə bunun qanuni əsaslarla baş verdiyi tək bir nümunə belə yoxdur. Ona görə də, bunu real bir perspektiv kimi danışmağa dəyməz.

Bu cür söhbətlər zaman-zaman aparılır və nüvə silahı bu müzakirələrdə Rusiyadakı bəzi dairələri ayılda biləcək bir növ qəti təminat forması, preventiv tədbir kimi nəzərdən keçirilir. Bu, sadəcə söhbətdir və bunun reallaşması üçün nə praktiki, nə də əvvəl qeyd etdiyim kimi, hüquqi baza var”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin