Rusiya iki ildən sonra “arzusuna” çatdı - Pokrovsk işğal olundu

Hazırda oxunan: Rusiya iki ildən sonra “arzusuna” çatdı - Pokrovsk işğal olundu

598432

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, Rusiya qoşunları fevral ayında Pokrovsk şəhərinin ələ keçirilməsini tamamlayıb. Şəhərə hücum 2024-cü ilin fevralında, ondan 39 km məsafədə yerləşən Avdeyevkanın götürülməsindən sonra başlamışdı.

Bizim.Media xəbər verir ki, yanvarın 28-dən etibarən açıq mənbələrdə şəhər daxilində döyüş əməliyyatlarının davam etməsinə dair təsdiqlər yoxdur. Analitiklər bu əsasla fevral ayı ərzində şəhər üzərində tam nəzarətin qurulduğu qənaətinə gəliblər.

Ukraynanın OSINT layihəsi DeepState isə çərşənbə axşamı axşam saatlarına olan məlumata görə, Pokrovskun şimal kənarını “boz zona” kimi göstərməyə davam edib. Fevralın 21-dək şəhərin şimal-qərb hissəsi də eyni statusda idi.
 

Pokrovsk təxminən 30 kvadrat kilometr sahəyə malik şəhərdir və müharibədən əvvəl əhalisi 60 min nəfər olub. 2024-cü ilin avqustunda Rusiya qüvvələri şəhərə yaxınlaşmışdı, lakin 2025-ci ilin noyabr ayının sonuna qədər, ISW-nin qiymətləndirməsinə görə, şəhər ərazisinin təxminən 46%-nə nəzarət edirdilər.


2025-ci ilin dekabrında Vladimir Putin şəhər üzərində tam nəzarətin bərqərar edildiyini bəyan etmişdi. Lakin həmin vaxt bu açıqlama nə Ukrayna Silahlı Qüvvələri, nə hərbi analitiklər, nə də bəzi rusiyalı hərbi bloqqerlər tərəfindən təsdiqlənməmişdi. NATO həmin dövrdə Rusiya nəzarətinin təxminən 95% səviyyəsində olduğunu qiybildirmişdi.

Hərbi analitik Yan Matveyev faktiki ələ keçirilmənin 2026-cı ilin yanvarında baş verdiyini bildirib. Conflict Intelligence Team nümayəndəsi isə fevralın əvvəlində şəhərdə ayrı-ayrı Ukrayna mövqelərinin mövcud olduğunu qeyd etmişdi.

ISW-nin məlumatına görə, Pokrovsk Ukrayna Silahlı Qüvvələri üçün logistika mərkəzi kimi əhəmiyyət daşıyırdı, lakin 2025-ci ilin iyuluna qədər Rusiya zərbələri nəticəsində bu statusunu itirmişdi.

Analitiklər vurğulayırlar ki, şəhərin götürülməsi hücumun daha da intensivləşməsinə səbəb olmayıb. Rusiya qüvvələri hələ də şəhərdən iki kilometr məsafədə yerləşən Qrişino kəndi üzərində nəzarəti tam ələ keçirə bilməyib.

DW-nin NATO-dakı mənbəsinə görə, 2025-ci ildə bu istiqamətdə hər gün yüzlərlə rus hərbçisi həlak olurdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin