Christian Science Monitor qəzeti yazır ki, Suriyadan qaçqın düşən qadınların və qızların Türkiyədə istismar olunma ehtimalı çox yüksəkdir. Qəzet yazır ki, Türkiyə sərhəddində qaçqın düşərgələri doludur, burdakı qadınlar, qızlar cinayətkar aləmin toruna tez düşür.
Ancaq problem təkcə bunda deyil.
Suriyadan bir il əvvəl qaçqıb gələn Samaa indi Türkiyənin Qaziyantəpə şəhərində yaşayır. O deyir ki, “əgər suriyalı qadın iş, kirayə üçün mənzil istəyirsə, ondan dərhal əvəzində nəsə istənilir. Bu nəsə çox vaxt haramla bağlıdır”.
Onun sözlərinə görə, “restoran sahibi ona deyib ki, uşaqlarını işə götürər, əgər bir gecə onunla yatsa”.
Qəzet yazır ki, Samaanın əri və iki oğlu bütün günü işləyirlər, günə 20 dollar qazanırlar. Ailənin kirayələdiyi otağa və s.-yə gedən xərclər isə günə 30 dollardır.
Türkiyədə 1,5 milyon suriyalı qaçqın var. Onların 80 faizi qadınlar və uşaqlardır.
Suriyalı qadınlarla və qızlarla evlənmək istəyən türkiyəlilər də var. Son vaxtlar belə türkiyəlilərin sayı artır. Onlar qaçqın düşərgələrinə gəlib, özlərinə ikinci arvad alırlar. Qəzet yazır ki, hərçənd islamda 4 arvad almaq olar, ancaq Türkiyə dünyəvi dövlətdir. Burda çoxarvadlılıq qanundan kənardır. İkiarvadlılığa görə 2 il həbs cəzası almaq olar. Ancaq bu, Türkiyəli kişiləri qorxutmur.
SURİYALI UŞAQLAR LİVANDA
İndependent qəzeti yazır ki, Livanda 1 milyon 200 min suriyalı qaçqın var. Onlardan 200 mini uşaqlardır. 200 min suriyalı uşaqların çoxu Livanda qul kimi işlədilir.
Bekaa vadisində bu uşaqlar kartov və ya xurma yığırlar. Onlardan ən kiçiyinin 5 yaşı var.
Qəzet yazır ki, uşaqlar pis işləyəndə onları çubuqla döyürlər, bu uşaqlar faktiki qul vəziyyətyindədir.
Gündə 12-14 saat işləyən bu uşaqlar günə təxminən 1 avro pul qazanırlar.(yenilik.az)






























































































