Ukraynada rüşvət almaqda ittiham olunan Hərbi Hava Qüvvələrinin logistika üzrə komandanı, polkovnik Andrey Ukrayinets və Ukrayna Təhlükəsizlik Xidmətinin Jitomir vilayəti üzrə idarə rəisi, polkovnik Vladimir Kompaniçenko saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna KİV-ləri yayıb.
İstintaq məlumatlarına görə, adıçəkilən şəxslər 320 min ABŞ dolları məbləğində rüşvət alıblar.
Bildirilir ki, həmin vəsait hava limanlarının təhlükəsizliyinin təmin edilməsi üçün ayrılmış maliyyədən mənimsənilib.
Faktla bağlı araşdırma davam edir.
Bizim.Media































































































