BMT Təhlükəsizlik Şurasının iclası zamanı Ukrayna xarici işlər nazirinin müavini Maryana Betsa ilə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya arasında mübahisə yaranıb.
Bizim.Media xəbər verir ki, Nebenzya öz milli mənsubiyyəti ilə bağlı deyilənlərə cavab olaraq bildirib:
“Formal olaraq mən ukraynalıyam. Və mənim belə qəribə soyadım var. Slavyanlar bilir: onu hətta Ukraynada tapmaq çətindir. Soyadım Zaporojye kazaklarından gəlir. Atam əsl ukraynalıdır, anam da kazak nəslindəndir. Sizdən daha ‘əsl’ ukraynalıdırlar, xanım Betsa və cənab Melnik”.
Buna cavab olaraq Maryana Betsa Nebenzanın ukraynalı olmadığını bildirib. O, həmçinin ruslar və ukraynalıların bir xalq olması barədə fikri qəti şəkildə rədd edib.
Betsanın sözlərinə görə, ruslar və ukraynalılar fərqli milli kimliyə və tarixi təcrübəyə malik ayrı-ayrı xalqlardır.
Bizim.Media






























































































