Rusiyanın BMT-dəki nümayəndəsi: “Mən ukraynalıyam” – VİDEO

Hazırda oxunan: Rusiyanın BMT-dəki nümayəndəsi: “Mən ukraynalıyam” – VİDEO

598294

BMT Təhlükəsizlik Şurasının iclası zamanı Ukrayna xarici işlər nazirinin müavini Maryana Betsa ilə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya arasında mübahisə yaranıb.

Bizim.Media xəbər verir ki, Nebenzya öz milli mənsubiyyəti ilə bağlı deyilənlərə cavab olaraq bildirib:
 

“Formal olaraq mən ukraynalıyam. Və mənim belə qəribə soyadım var. Slavyanlar bilir: onu hətta Ukraynada tapmaq çətindir. Soyadım Zaporojye kazaklarından gəlir. Atam əsl ukraynalıdır, anam da kazak nəslindəndir. Sizdən daha ‘əsl’ ukraynalıdırlar, xanım Betsa və cənab Melnik”.


Buna cavab olaraq Maryana Betsa Nebenzanın ukraynalı olmadığını bildirib. O, həmçinin ruslar və ukraynalıların bir xalq olması barədə fikri qəti şəkildə rədd edib.

Betsanın sözlərinə görə, ruslar və ukraynalılar fərqli milli kimliyə və tarixi təcrübəyə malik ayrı-ayrı xalqlardır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin