Polşa Prezidentinin ofisi QARƏT EDİLDİ

Hazırda oxunan: Polşa Prezidentinin ofisi QARƏT EDİLDİ

598250

Polşa Prezidenti Karol Navrockinin ofisinin kassasından 500 min zlotidən (təxminən 141 min ABŞ dolları) artıq vəsaitin oğurlandığı bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Gazeta Wyborcza” nəşri Varşava Dairə Prokurorluğuna istinadən məlumat yayıb.
 

Prokuror Pyotr Skiba bildirib ki, ilkin şahidlərin dindirilməsi artıq başlayıb və hazırda zərərin dəqiq məbləği müəyyənləşdirilir.


Yerli KİV-lər istintaq sirrinə istinad edərək hadisənin təfərrüatlarını açıqlamır. Mövcud məlumata görə, oğurluqda prezident administrasiyasının bir neçə əməkdaşı iştirak etmiş ola bilər.

Hadisə ilə bağlı araşdırma davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin