Tramp Konqresdə Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışdı

Hazırda oxunan: Tramp Konqresdə Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışdı

598168

ABŞ Prezidenti Donald Tramp Konqresdə “State of Union” adlı illik müraciəti zamanı Ermənistan və Azərbaycan arasında münaqişənin həllindən danışıb. 

Bizim.Media xəbər verir ki, o, 10 ay ərzində 8 münaqişəni həll etdiyini deyib.

“Biz qürurla, həmçinin xaricdəki amerikalılar üçün təhlükəsizliyi bərpa edirik. Ölkəmiz heç vaxt bu qədər güclü olmayıb. İlk 10 ayımda da daxil olmaqla səkkiz müharibəyə son qoydum. Bunlar Kamboca və Tayland, Pakistan və Hindistan, Kosovo və Serbiya, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, Konqo və Ruanda arasında müharibələrdir”,- deyə Tramp bildirib. 

O, bu işdə köməyə görə, nümayəndələri Stiv Uitkoff və Cared Kuşner və Dövlət katibi Marko Rubioya təşəkkür edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin