Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı əsas hədəflərindən heç biri reallaşmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” qəzeti yazıb.
Nəşrin qiymətləndirməsinə görə, müharibə hesabına iqtisadiyyatı canlandırmaq cəhdi nəticə verməyib, Rusiya iqtisadiyyatı geriləməkdə davam edir. Ukraynanın müstəqilliyini zəiflətmək planı isə əks effekt verib: ölkədə milli özünüdərk və vətəndaş həmrəyliyi daha da güclənib.
Kiyevi qısa müddətdə ələ keçirmək planı iflasa uğrayıb, döyüşlər əsasən Donbas bölgəsində cəmləşib.
Eyni zamanda, NATO-nun genişlənməsinin qarşısı alınmayıb — Alyansa Finlandiya və İsveç qoşulub. Almaniya isə Rusiya qazından asılılığını əhəmiyyətli dərəcədə azaldıb.
Qəzet qeyd edir ki, qlobal güc statusunu möhkəmləndirmək əvəzinə, Rusiya hazırda Çinin daha kiçik tərəfdaşı rolunda çıxış edir.
Bizim.Media


































































































