ABŞ İran ətrafında hərbi qruplaşmanı ARTIRIR – Hücum reallaşacaqmı?

Hazırda oxunan: ABŞ İran ətrafında hərbi qruplaşmanı ARTIRIR – Hücum reallaşacaqmı?

598122

ABŞ-ın 150-dən çox hərbi təyyarəsi və Hərbi Dəniz Qüvvələrinin fəaliyyətdə olan gəmilərinin təxminən üçdə biri İran yaxınlığında cəmləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Washington Post” uçuşların izlənməsi məlumatlarına və peyk görüntülərinə istinadən yayıb.

Məlumata görə, dünyanın ən böyük aviadaşıyıcısı olan “USS Gerald R. Ford” bazar ertəsi Yunanıstanın Krit adası yaxınlığında müşahidə olunub və onun göyərtəsində onlarla hərbi təyyarə yerləşir. Bu gəmi Yaxın Şərqə göndərilən ikinci ABŞ aviadaşıyıcısıdır.

Onun bölgəyə çatması ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin aktiv gəmilərinin təxminən üçdə birinin hazırda regionda olduğu bildirilir.
 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 20-də verdiyi müsahibədə İrana qarşı məhdud zərbələrin endirilməsi imkanını nəzərdən keçirdiyini bildirib.


Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai vurğulayıb ki, ABŞ tərəfindən həyata keçiriləcək istənilən belə əməliyyat Tehran tərəfindən təcavüz aktı kimi qiymətləndiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin