Ukraynadan Rusiyanı dayandıracaq üçmərhələli PLAN

Hazırda oxunan: Ukraynadan Rusiyanı dayandıracaq üçmərhələli PLAN

598076

Ukraynanın müdafiə naziri Mixail Fedorov Rusiyanı müharibəni dayandırmağa məcbur etməyə yönəlmiş üçmərhələli plan təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Birinci mərhələ – Ukrayna səmasının tam bağlanmasıdır.

Fedorov bildirib ki, məqsəd hava təhdidlərinin 100%-ni aşkarlamaq və raketlərlə pilotsuz uçuş aparatlarının azı 95%-ni zərərsizləşdirməkdir. Artıq çoxsəviyyəli “kiçik” hava hücumundan müdafiə sistemi yaradılır və şəhərlərin, eləcə də infrastrukturun qorunması üçün vasitələr genişləndirilir.

İkinci mərhələ – Rusiyanın quruda, dənizdə və kiberməkanda irəliləyişinin qarşısını almaqdır.

Nazir qeyd edib ki, Donetsk vilayətində Rusiya qoşunlarının itkiləri hər kvadrat kilometrə 156 nəfər təşkil edir və Ukrayna bu göstəricini 200-ə çatdırmağı hədəfləyir. Plan çərçivəsində hazırlıq, idarəetmə və satınalma sistemində islahatlar nəzərdə tutulur ki, qarşı tərəfin irəliləyişi mümkünsüz olsun.

Üçüncü mərhələ – Rusiya iqtisadiyyatına təzyiqin artırılmasıdır, çünki müharibənin maliyyələşdirilməsi əsasən neft gəlirlərindən asılıdır.

Strategiyanın həyata keçirilməsi üçün Fedorov üç istiqamət müəyyən edib: beynəlxalq yardımın maksimum səviyyədə cəlb edilməsi üçün tərəfdaşlıqlar, Rusiyadan “10 addım öndə olmaq” məqsədilə texnoloji üstünlük və döyüş meydanından toplanan məlumatların DELTA sistemi vasitəsilə həlledici gücə çevirmək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin