Gürcüstan telekanalları Rusiya ilə bağlı sanksiyalara məruz qaldı

Hazırda oxunan: Gürcüstan telekanalları Rusiya ilə bağlı sanksiyalara məruz qaldı

598055

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək ora 297 yeni mövqe əlavə edib.

Bizim.Media xəbər verir ki, dərc olunan məlumata görə, siyahıya 240 hüquqi şəxs, yeddi fiziki şəxs və 50 gəmi daxil edilib. Antirusiya sanksiyaları çərçivəsində London iki gürcü televiziya kanalını — Imedi və POSTV-ni də “qara siyahı”ya salıb. Onlar “Rusiya dezinformasiyasında iştirak”da ittiham olunurlar.

Məhdudiyyətlər, həmçinin, doqquz Rusiya bankına, “Rosatom”la əlaqəli bir sıra strukturlara, “Transneft” şirkətinə, eləcə də Çin, Hindistan, BƏƏ və Taylanddan olan ayrı-ayrı şirkətlərə şamil edilib.

Yeni sanksiya siyahısına daxil edilməsi xəbəri fonunda “Transneft”in səhmləri kəskin ucuzlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin