Rusiya Vaşinqtonu və onun müttəfiqlərini İranın dinc nüvə obyektlərinə zərbələrdən imtina etməyə çağırır.
Bizim.Media xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Dmitri Lyubinski bildirib.
O vurğulayıb ki, Rusiya İranın nüvə proqramı ilə bağlı vəziyyətin diplomatik həlli üçün bütün zəruri yardımı göstərməyə hazırdır.
“ABŞ və onun peyklərinin hazırkı hərəkətləri BMT Nizamnaməsinin kobud şəkildə pozulması olan məşhur “maksimum təzyiq” siyasətinə uyğundur. Bu, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi və güc tətbiqi və ya onunla hədələmənin qadağan edilməsinə ziddir. Bu siyasətin əsas elementi birtərəfli məcburedici tədbirlərdir”, – deyə Lyubinski qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:30 / 23.02.2026
Rusiya Vaşinqton və onun müttəfiqlərinə ÇAĞIRIŞ ETDİ
Hazırda oxunan: Rusiya Vaşinqton və onun müttəfiqlərinə ÇAĞIRIŞ ETDİ
Hazırda oxunan: Rusiya Vaşinqton və onun müttəfiqlərinə ÇAĞIRIŞ ETDİ
597931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































