Çinlilər bunu da bacardı - FOTOLAR

Hazırda oxunan: Çinlilər bunu da bacardı - FOTOLAR

59786
Çinin Viva şirkəti korpus qalınlığı 3,8 mm olan smartfon üzərində işləyir.Məlumata görə, artıq mobil telefonun “Apple iPhone 5s” ilə müqayisəli təsviri Çinin "Weibo” sosial şəbəkəsində təqdim edilib.

Hazırda dünyanın ən nazik smartfonu Çinin “Gionee” istehsalçısının “Elife S5.1” modeli hesab edilir. Qalınlığı 5,1 mm olan smartfon cari ilin sentyabrında “Ginnesin rekordlar kitabı”na daxil edilib.

Təsvirlərdən birində “Vivo” modelinin müqayisə olunduğu “iPhone 5s” smartfonunun qalınlığı 7,6 mm, “iPhone 6” modelinin 6,9 mm təşkil edir.

Yeni qurğunun qalınlığından başqa digər texniki xüsusiyyətləri barədə məlumat verilmir.

Dünyanın hazırkı ən nazik smartfonu "Elife S5.1” 4,8 düymlük displey, dördnüvəli prosessor, 8 meqapikselli kamera, 16 QB quraşdırılmış batareya və 2100 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Yalnız Çində satılan smartfonun qiyməti yerli pul vahidi yuana nisbətdə 325 dollar təşkil edir.

Əlavə edək ki, 2013-cü ildə “BBK” şirkəti qalınlığı 5,95 mm olan “Vivo X3” smartfon modelini buraxıb. O zaman smartfon satışda mövcud olan smartfonların ən naziyi olub, - "CNews” yazır.(anspress)






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin