ABŞ İranla müharibə astanasında: 70 təyyarə, 16 gəmi və 40 min hərbçi...

Hazırda oxunan: ABŞ İranla müharibə astanasında: 70 təyyarə, 16 gəmi və 40 min hərbçi...

597749

ABŞ Yaxın Şərqdə 16 döyüş gəmisindən, 40 min hərbçidən və  70 ədəd təyyarədən ibarət hərbi qruplaşma formalaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
 

Daha əvvəl ABŞ prezidenti Donald Tramp “nəhəng armada”nın İran istiqamətində hərəkət etdiyini bildirmiş və ümid etdiyini qeyd etmişdi ki, Tehran danışıqlar masasına əyləşərək nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” sazişə razılaşacaq.


Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi 8 fevralda bəyan edib ki, respublika uranı zənginləşdirmək hüququnu saxlayır, hətta bu, hərbi qarşıdurmaya səbəb olsa belə.

Nəşrin yazdığına görə, ABŞ-ın artıq İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-də yerləşən bazalarda təxminən 70 ədəd təyyarədən ibarət beş aviasiya qanadı var idi. Daha iki qanad isə USS Abraham Lincoln və USS Gerald R. Ford aviadaşıyıcılarında yerləşdirilib.
 

Tel-Əviv Universitetinin məlumatlarına istinadən bildirilir ki, İordaniyadakı “Muvaffak Salti” hərbi bazasında azı 66 qırıcı təyyarə mövcuddur: 18 F-35, 17 F-15 və səkkiz A-10, həmçinin EA-18 radioelektron mübarizə təyyarələri və nəqliyyat təyyarələri. Peyk müşahidələrinə əsasən, Səudiyyə Ərəbistanındakı aviabazada da qırıcıların sayı artıb.


Qəzetin məlumatına görə, ABŞ-ın “dəniz armadası”nda ümumilikdə 16 döyüş gəmisi və iki təminat gəmisi yer alır. Regiondakı bazalarda və dənizdə yerləşdirilən ABŞ hərbçilərinin sayı təxminən 40 min nəfərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin