Ukrayna ordusu bu istiqamətində əks-hücuma keçib

Hazırda oxunan: Ukrayna ordusu bu istiqamətində əks-hücuma keçib

597707

Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunları Aleksandrovsk istiqamətində əks-hücum əməliyyatı həyata keçirdiyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
 

Bildirilib ki, əməliyyatın əsas məqsədi düşmənin Dnepropetrovsk və Zaporojye vilayətləri istiqamətində irəliləmə planlarının qarşısını almaqdır.


“Əməliyyatın başlanğıcından etibarən desant-hücum qoşunlarının qruplaşması və ona bitişik bölmələrlə birgə 300 kvadratkilometrdən artıq ərazi üzərində nəzarət bərpa olunub (düşmənin diversiya-kəşfiyyat qruplarından təmizlənib), səkkiz yaşayış məntəqəsi azad edilib. Əməliyyatın aktiv mərhələsi davam etdiyindən, yekun nəticələr barədə danışmaq hələ tezdir”, – deyə qurumdan bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin