2026-cı il Ukraynada müharibənin başa çatdığı il olmalıdır - Britaniyanın müdafiə naziri

Hazırda oxunan: 2026-cı il Ukraynada müharibənin başa çatdığı il olmalıdır - Britaniyanın müdafiə naziri

597702

2026-cı il Ukraynada müharibənin sona çatdığı il olmalıdır.

Bizim.Media  xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili “The Telegraph” qəzetində dərc olunan məqaləsində yazıb.

Hili vurğulayıb ki, o, Britaniya qoşunlarının Ukraynada yerləşdirilməsinə qərar verəcək müdafiə naziri olmaq istəyir. Onun sözlərinə görə, bu, “müharibənin nəhayət başa çatması” demək olacaq.
 

Nazir qeyd edib ki, Avropaya güclü və suveren Ukrayna lazımdır. O, həmçinin bildirib ki, Böyük Britaniya bu il Ukraynaya indiyədək ən yüksək səviyyədə hərbi dəstək göstərir və bununla fəxr edir.


Hili əlavə edib ki, ukraynalılar Rusiya təcavüzündən qorxmadıqlarını nümayiş etdiriblər. Onun sözlərinə görə, “Ukraynanın qorxduğu yeganə şey Qərbin yorğunluğudur”. Lakin prezident Volodimir Zelenskinin də  bildiyi kimi, “Ukraynanın dostları heç vaxt yorulmayacaqlar”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin