Trampın iqamətgahının ərazisinə girən silahlı şəxs zərərsizləşdirildi - VİDEO

Hazırda oxunan: Trampın iqamətgahının ərazisinə girən silahlı şəxs zərərsizləşdirildi - VİDEO

597697

ABŞ Məxfi Xidməti səhər saatlarında Donald Trampın Floridadakı iqamətgahı - Mar-a-Laqo ərazisinə qanunsuz daxil olan silahlı şəxsi zərərsizləşdirib.

Bizim.Media  xəbər verir ki, hadisə barədə Məxfi Xidmətin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Xidmətin məlumatına görə, həmin şəxs Mar-a-Laqo malikanəsinin şimal darvazası yaxınlığında ov tüfənginə bənzər əşya və yanacaq bidonu ilə görülüb. Hadisə yerinə agentlər və Palm-Biç dairəsinin şerif müavini gəlib.

Qeyd olunub ki, Tramp hazırda Vaşinqtondadır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin