Rusiyada DƏHŞƏT: Kişi arvadını və 13 yaşlı ögey oğlunu benzinlə yandırmaq istədi - FOTO

Hazırda oxunan: Rusiyada DƏHŞƏT: Kişi arvadını və 13 yaşlı ögey oğlunu benzinlə yandırmaq istədi - FOTO

597682

Leninqrad vilayətinin Romanovka qəsəbəsində qısqanclıq zəminində ailə dramı yaşanıb.

Bizim.Media xəbər verir ki, “Baza”nın məlumatına görə, fevralın 21-nə keçən gecə 13 yaşlı uşaq polisə zəng edərək ögey atası Nikolayın onu və 38 yaşlı anası Viktoriyanı benzinlə isladaraq yandırmaqla hədələdiyini bildirib.

Hadisə yerinə operativ şəkildə fövqəladə xidmət əməkdaşları cəlb olunub.

Lakin onların gəlişinə qədər kişi hadisə yerindən qaçmağa macal tapıb. Qadın və yeniyetmə xəsarət almayıb.
 

Polis qısa müddətdə Nikolayın yerini müəyyənləşdirərək onu saxlayıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, cinayət işi başlanması məsələsi həll olunur.


Ögey ata ifadəsində bildirib ki, heç kimi yandırmaq niyyəti olmayıb və yalnız arvadını qorxutmaq istəyib. Onun sözlərinə görə, qadının xəyanət etdiyindən şübhələnirmiş.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin