Ərindən icazəsiz ata evinə gedən qadınlar HƏBS OLUNACAQ

Hazırda oxunan: Ərindən icazəsiz ata evinə gedən qadınlar HƏBS OLUNACAQ

597658

"Taliban" rəhbərliyi Əfqanıstanda qadınları kölələşdirən yeni qaydalar tətbiq edib.

Bizim.Media xəbər verir ki, qaydalarda qeyd olunub.

Ali lider Heybətulla Axundzadə tərəfindən təsdiqləndiyi bildirilən qaydalar bunlardır:

Kişilərə, "sümük sınığı və ya açıq yara" olmadığı halda arvadlarını döyməyə icazə verilir.
 

Ərinin icazəsi olmadan valideynlərinin evinə gedən qadınlar (hətta zorakılıqdan qaçmaq məqsədilə belə) 3 aya qədər həbs cəzası ala bilər.


Rəqs edən və musiqi ifa edən şəxslər cinayətkar hesab olunur.

Qızların təhsilinə qoyulan qadağanı tənqid etmək cinayət sayılır.

Qadınlar üzlərini tam örtməli, yaxın qohumu olmayan şəxslərin yanında danışmamalıdır.

Qadınların səsinin çöldə eşidilməsinin qarşısını almaq məqsədilə evdə ucadan danışması qadağandır.

Qanunun 9-cu maddəsinə əsasən, Əfqan cəmiyyəti dörd təbəqəyə bölünür: din alimləri, elita, orta sinif və aşağı sinif.
 

Cinayət törədən din xadimi və ya elita nümayəndəsi xəbərdarlıqla kifayətlənir. Orta təbəqə üçün həbs, aşağı təbəqə üçün isə həm fiziki cəza, həm də həbs nəzərdə tutulur.


Hənəfi məzhəbinə mənsub olmayan şəxslər "bidətçi" və ya "dindən çıxmış" hesab edilir. /olay.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin