Müharibənin gedişini dəyişmək üçün Ukraynaya əlavə 250 min hərbçi lazımdır - FOTO

Hazırda oxunan: Müharibənin gedişini dəyişmək üçün Ukraynaya əlavə 250 min hərbçi lazımdır - FOTO

597644

Ukraynanın müharibənin gedişini dəyişməsi üçün əlavə ən azı 250 min hərbçiyə ehtiyacı var. 

Bizim.Media xəbər verir ki, bu barədə The Times kəşfiyyat məlumatlarına və Qərb müşahidəçilərinə istinadən yazır.

Məlumata görə, hazırda Ukrayna cəbhənin əksər istiqamətlərində Rusiyaya uduzur. Əsas problem şəxsi heyət və hərbi texnika çatışmazlığıdır.
 

Qərb hərbi mənbələrinin bildirdiyinə görə, Rusiya böyük itkilərə baxmayaraq, ən azı daha bir il müharibə aparmaq imkanına malikdir. Eyni zamanda Rusiya qüvvələri Liman və Siversk istiqamətlərində təzyiqi davam etdirir, həmçinin Slovyansk və Kramatorsk istiqamətində irəliləyir.


“Qalib gəlmək və ya ən azı müharibənin gedişini dəyişmək üçün Ukraynaya minimum 250 min əlavə hərbçi və daha güclü silahlanma lazımdır”, – deyə NATO-nun yüksək vəzifəli rəsmisi bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin