“Avropa və Yaxın Şərq danışıqlar prosesinə cəlb olunmalıdır” — Zelenski

Hazırda oxunan: “Avropa və Yaxın Şərq danışıqlar prosesinə cəlb olunmalıdır” — Zelenski

597577

“Biz hər gün məhz ona görə çalışırıq ki, növbəti danışıqlar raundu Ukrayna üçün nəticələr versin, sülh üçün nəticələr versin. Ukrayna bunun üçün mütləq şəkildə lazım olan hər şeyi edəcək və heç bir halda sülhə mane olmayacaq”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

O qeyd edib ki, ötən dəfə Cenevrədə Amerika tərəfi açıq şəkildə gördü ki, həqiqətən əhəmiyyətli nəticələrin hələ də əldə olunmamasının səbəbi məhz ruslardır: “Növbəti görüş isə qaçırılmış fürsət olmamalıdır, bunu təmin etmək mümkündür.

Bu gün biz Rustem Umerovla danışıqlara hazırlığın bəzi aspektlərini müzakirə etdik. Səmimi şəkildə kömək etməyə hazır olan və bizi – dövlətimizi dəstəkləyən hər kəsə minnətdaram.
Avropalı tərəfdaşlarla görüşlərim də artıq gələn həftəyə planlaşdırılıb. Biz hər şeyi ətraflı şəkildə razılaşdıracağıq ki, Avropa bütün proseslərə cəlb olunsun və daha da güclənsin. Həmçinin Rustemə tapşırdım ki, Yaxın Şərqdə və Türkiyədə dostlarımızla daha sıx işləsin ki, onlar da prosesdə iştirak etdiklərini hiss etsinlər və daha çox kömək göstərə bilsinlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin