Maslenitsa bayramında “Labubu” YANDIRILDI - ANBAAN VİDEO

Hazırda oxunan: Maslenitsa bayramında “Labubu” YANDIRILDI - ANBAAN VİDEO

597549

Rusiyanın Lipetsk vilayətində milli bayram olan Maslenitsa bayramında “Labubu” müqəvvası yandırılıb.

Bizim.Media xəbər verir ki, bunu izləmək üçün bir neçə regiondan turistlər gəlib.

Qorxunc kuklanın yandırılması ilə bağlı videonu “Aqra­maç” arxeoloji parkı təqdim edib.

Qeyd edək ki, Maslennitsa Rusiyada 10-cu əsrdə xristianlıq qəbul edilməsindən sonra da saxlanılan slavyandilli xalqların ən qədim bayramlarından biridir.

Çin şirkəti "Pop Mart" ilk dəfə “Labubu” obrazı əsasında 2019-cu ildə açar bəzəkləri istehsal edib.

Sonradan isə yumşaq oyuncaqlar satışa çıxarılıb. 2025-ci ildə "Labubu" qlobal trenda çevrilib.

Böyük tələbat səbəbilə Böyük Britaniyada bu oyuncaqların oflayn satışı müvəqqəti dayandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin