KİV: Xamenei öldürülə bilər - Tramp planı nəzərdən keçirir

Hazırda oxunan: KİV: Xamenei öldürülə bilər - Tramp planı nəzərdən keçirir

597497

Tramp administrasiyası İrana uranı "simvolik" şəkildə zənginləşdirməyə icazə verən təklifi nəzərdən keçirməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
 

Məlumatda o da bildirlib ki, Tramp administrasiyası eyni zamanda, İranın ali lideri Ayətullah Seyid Əli Xameneinin və onun mümkün varisinin zərərsizləşdirilməsi variantını da nəzərdən keçirir.


Qeyd edək ki, birinci variant İranın nüvə potensialını məhdudlaşdırmaq və müharibənin qarşısını almaq üçün razılaşmaya yol aça bilər.

ABŞ rəsmiləri bildiriblər ki, İranın qarşıdan gələn nüvə təklifi üçün çox yüksək məhdudiyyətlər var, çünki plan ABŞ administrasiyasında və regionda çoxsaylı skeptikləri inandırmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin