Macarıstanın xarici işlər naziri Peter Siyarto yenidən Kiyevin Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı çıxıb.
Bizim.Media xəbər verir ki, Siyarto bildirib. ki, Budapeşt Ukraynanın Avropa İttifaqına üzvlüyünü bloklamaqda davam edəcək, əks halda Aİ müharibəyə qoşulmuş olacaq:
“Ukraynadakı müharibə bizim müharibəmiz deyil. Ukraynadakı müharibəyə görə heç bir məsuliyyət daşımırıq”.
O, həmçinin Ukraynanın Avropanı qoruduğu barədə deyilənləri yalan adlandırıb: “Rusiya Aİ-nin heç bir ölkəsinə hücum etməyib, buna görə də Avropa İttifaqının heç bir müdafiəyə ehtiyacı yoxdur.
Avropa ölkələrini Ukrayna yox, NATO qoruyur… Ukrayna özü üçün mübarizə aparır, bu, çox qəhrəmancasına addımdır və biz buna hörmət edirik, amma bu, onların müharibəsidir, bizim yox”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:20 / 20.02.2026
“Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto
Hazırda oxunan: “Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto
Hazırda oxunan: “Avropanı Ukrayna yox, NATO qoruyur” — Peter Siyarto
597443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































