Zelenskidən hərbi əməliyyatlarla bağlı ƏMR: Daha üç il...

Hazırda oxunan: Zelenskidən hərbi əməliyyatlarla bağlı ƏMR: Daha üç il...

597360

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti üç il üçün hərbi əməliyyat planının hazırlanmasını əmr edib.

Bizim.Media xəbər verir ki, bu barədə“Wall Street Journal” qəzetinin jurnalisti Boyan Pançevski Kiyevdəki mənbələrə istinadən məlumat yayıb.

O bildirib ki, Münhen Təhlükəsizlik Konfransından sonra Ukrayna Prezidenti Volodimir Zelenski növbəti üç il üçün Rusiyaya qarşı döyüş əməliyyatları planının hazırlanmasını əmr edib. 

Onun sözlərinə görə, Zelenski Rusiya ilə danışıqların effektli olacağına inanmır.

12 fevralda ən yaxın müşavirləri ilə görüşdə Zelenski diplomatik prosesin uğursuz olduğunu və indi uzunmüddətli hərbi əməliyyatlara hazırlaşmağın vacibliyini bildirib.
 

"Ən çox şübhə ilə yanaşdığım şey onun ötən cümə axşamı ən yaxın müşavirləri ilə şəxsi görüşüdür. Orada o, danışıqların uğursuz olduğunu və indi daha üç il üçün müharibə planı hazırlamalı olduqlarını elan etdi. Hamı şoka düşdü", - jurnalist bildirib.


Mənbələr həmçinin bildirib ki, Kiyev əvvəllər sülh müqaviləsi və prezident seçkiləri ilə bağlı referendum keçirməyi nəzərdən keçirib. Qəfil fikir dəyişikliyinin səbəbləri məlum deyil, lakin Pançevskinin sözlərinə görə, bu, Zelenskinin ABŞ Prezidenti Donald Trampın təklif etdiyi təhlükəsizlik zəmanətlərini qeyri-kafi hesab etməsi ilə bağlı ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin