Çinli turistləri daşıyan mikroavtobus Baykal gölündə batdı: 8 nəfər öldü

Hazırda oxunan: Çinli turistləri daşıyan mikroavtobus Baykal gölündə batdı: 8 nəfər öldü

597356

Rusiyanın Baykal gölündə çinli turistləri daşıyan “UAZ” markalı mikroavtobus batıb.

Bizim.Media xəbər verir ki, nəticədə 8 nəfər ölüb.

“UAZ” Çindən "Tri Brata" burnuna ekskursiyaya gedən turistləri daşıyırdı. Sürücü gölün üzərində olarkən çatı görməyib və avtomobil buzun içinə düşüb.

“Baza” teleqram kanalının məlumatına görə, avtomobildə olan 9 nəfərdən yalnız bir turist xilas ola bilib. Yerli sürücü və yeddi Çin vətəndaşının öldüyü ehtimal edilir.

Hadisə yerində İrkutsk polisi işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin