Deputat: “Sürücülər yolu soruşa-soruşa gedir, turistlər azır...”

Hazırda oxunan: Deputat: “Sürücülər yolu soruşa-soruşa gedir, turistlər azır...”

597351

“Rayonlarda, kəndlərə gedən yollarda nə yol xətləri görünür, nə yaşayış məntəqəsinin adı, nə də normal lövhə var. Sürücülər yolu soruşa -soruşa gedir, turist isə azır. Hamımız xaricdə olmuşuq: orada xəritə açmadan belə, yol nişanları ilə rahat hərəkət etmək mümkündür”.

Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında "Yol hərəkəti haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, bütün yaşayış məntəqələrinin giriş-çıxışlarında ad və lövhələrin quraşdırılmasının məcburi olmasını təklif edib.

Bundan başqa o,  yol hərəkəti qaydalarını pozanlara qarşı tətbiq edilən cərimələrə də toxunub:
 

"Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin tətbiqindən sonra bal sisteminin tətbiqi cəmiyyətdə ciddi narazılıq yaradır. Qaydalara qarşı deyiləm. Amma bir neçə ay içində 20 bal yazılan, sürücülük vəsiqəsi əlindən alınan minlərlə sürücü var. Bu insanların seçimi yoxdur. İctimai nəqliyyat hər yerdə əlçatan deyil. Regionlarda sürücülük ailənin dolanışığı deməkdir.


İnsanlara alternativ və seçim imkanı yaratmaq lazımdır. Əgər məqsəd  təhlükəsizlikidirsə, onda əvvəlcə yol nişanları, yol xətləri işıqlandırmalıdır".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin