Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib ki, Ukrayna prezidenti hakimiyyətdə nə qədər çox qalarsa, Ukrayna bir o qədər kiçiləcək.
Bizim.Media xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki ingilisdilli hesabında yazıb.
O, Volodimir Zelenskinin adını birbaşa çəkməsə də, kontekstdən söhbətin hazırkı Ukrayna liderindən getdiyi aydın olur. Şərh Böyük Britaniyada Ukraynanın səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valerii Zalujniyin müsahibəsindən sonra səsləndirilib.
Medvedev həmçinin bildirib ki, “ABŞ-ı seçkilər maraqlandırmır” və Zelenski “faydalı axmaq” rolunu yerinə yetirir.
Rusiya rəsmisinin bu açıqlaması Ukrayna ilə bağlı siyasi polemikanın davam etdiyi bir vaxtda verilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:00 / 19.02.2026
Medvedev: “Ukrayna prezidenti nə qədər çox hakimiyyətdə qalsa, ölkənin ərazisi bir o qədər azalacaq”
Hazırda oxunan: Medvedev: “Ukrayna prezidenti nə qədər çox hakimiyyətdə qalsa, ölkənin ərazisi bir o qədər azalacaq”
Hazırda oxunan: Medvedev: “Ukrayna prezidenti nə qədər çox hakimiyyətdə qalsa, ölkənin ərazisi bir o qədər azalacaq”
597232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































