Böyük Britaniya kralı III Karl kiçik qardaşı şahzadə Andryunun saxlanılması ilə bağlı xəbərlərdən “dərin narahatlıq keçirdiyini” bildirib.
Bizim.Media xəbər verir ki, Endryu dövlət qulluğunda mümkün qanunsuz davranışda şübhəli bilinir.
III Karl qeyd edib ki, indi hüquq-mühafizə orqanları tam və ədalətli araşdırma aparmalıdır. Onun sözlərinə görə, kral ailəsi istintaqa “hərtərəfli dəstək və yardım” göstərəcək.
“Qoy mən bunu aydın deyim: qanun qalib gəlməlidir. Bu proses davam etdiyi müddətdə məsələ ilə bağlı əlavə şərh verməyim uyğun olmazdı. Bu arada ailəm və mən öz vəzifəmizi yerinə yetirməyə və sizə xidmət etməyə davam edəcəyik”, – deyə bəyanatda bildirilir.
BBC-nin kral sarayı üzrə müxbiri Shaun Coughlan qeyd edir ki, keçmiş şahzadənin saxlanılması Böyük Britaniya üçün presedentsiz hadisədir. Bununla belə, saxlanılma günahın sübutu kimi qiymətləndirilməməlidir və Endryuya qarşı hələlik rəsmi ittiham irəli sürülməyib.
Məlumdur ki, Endryu uzun illər maliyyəçi Jeffrey Epşteyn ilə yaxın münasibətlər saxlayıb. Onlar 1990-cı illərdə tanış olublar və 2008-ci ildə Epşteyn yetkinlik yaşına çatmayan qızlara qarşı seksual xarakterli cinayətlərə görə məhkum edildikdən sonra da əlaqələrini davam etdiriblər.
Bildirilir ki, Epşteyn Endryunun keçmiş həyat yoldaşı Sara Ferqyusona və ehtimal ki, onun özünə də maliyyə dəstəyi göstərib. Qeyri-rəsmi bioqrafiyanın müəllifi Endryu Louney iddia edib ki, bunun müqabilində Endryu Epşteyni siyasi liderlərə çıxış və biznes imkanları ilə təmin edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:29 / 19.02.2026
Britaniya kralından qardaşının tutulmasına REAKSİYA
Hazırda oxunan: Britaniya kralından qardaşının tutulmasına REAKSİYA
Hazırda oxunan: Britaniya kralından qardaşının tutulmasına REAKSİYA
597225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































