Olimpiadada qalmaqal: Jurnalist canlı efirə sərxoş halda çıxdı - VİDEO

Hazırda oxunan: Olimpiadada qalmaqal: Jurnalist canlı efirə sərxoş halda çıxdı - VİDEO

597220

Məşhur avstraliyalı telejurnalist Danika Meyson İtaliyada keçirilən Qış Olimpiya Oyunlarından canlı yayıma sərxoş halda çıxmasından sonra tamaşaçılardan üzr istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hadisənin videosu sosial şəbəkələrdə sürətlə yayılıb və Avstraliyada geniş ictimai müzakirələrə səbəb olub. Müzakirəyə hətta ölkənin baş naziri Entoni Albanizi də qoşulub.

Meyson çərşənbə səhəri “Nine Channel”ın “Today” verilişində efirə çıxıb. Onun mətni tələffüz etməkdə çətinlik çəkdiyi, daim gülümsədiyi və sözləri qarışdırdığı müşahidə olunub.

O, efirdə qəhvənin qiymətindən danışarkən fikrini dolaşdırıb, həmçinin əvvəl aparıcıların qeyd etdiyi iquanalardan bəhs edərkən mövzunu qarışdırıb. Daha sonra Böyük Britaniya ilə ABŞ-ı səhv salaraq idman xəbərləri barədə danışıb. Onun reportajı zamanı studiyada gülüş səsləri eşidilib.

Verilişin aparıcısı Karl Stefanoviç onun çıxışını belə şərh edib:

“Soyuq hava doğrudan da qəribə təsir edir. Dodaqlar sadəcə donur”.

Video sosial şəbəkələrdə sürətlə yayılıb və müxtəlif reaksiyalara səbəb olub.

Baş nazir Entoni Albanizi isə jurnalistə dəstək ifadə edərək bildirib:

“Mən Danikanın tərəfindəyəm. O, İtaliyadadır… yəqin sadəcə yorulub. Saat fərqi böyükdür və bu da təsir etmiş ola bilər”.

Lakin ertəsi gün Meyson yenidən efirə çıxaraq hadisənin yalnız yorğunluqla bağlı olmadığını etiraf edib.

“Özümü yaxşı hiss edirəm, sadəcə bir az utanıram. Vəziyyəti düzgün qiymətləndirmədim. Xüsusilə bu şəraitdə içməməli idim. Hava soyuqdur, yüksəklikdəyik və mən axşam yeməyi də yeməmişdim. Bu da kömək etmədi. Dərin üzr istəyirəm və mənə yazan hər kəsə təşəkkür edirəm”, – deyə o bildirib.

“Today” proqramının aparıcısı Cenni Azzopardi isə ona belə cavab verib:

“Biz sənin necə yaxşı işlədiyini bilirik, Danika”.

Danika Meyson Avstraliyada ən tanınmış idman jurnalistlərindən biridir və ölkədə xüsusilə populyar olan reqbi oyunlarını işıqlandırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin