Xameneinin yalnız bir seçimi var: “Hakimiyyətdən getməlidir”

Hazırda oxunan: Xameneinin yalnız bir seçimi var: “Hakimiyyətdən getməlidir”

597216

İranın ali rəhbəri Əli Xamenei hakimiyyətdən getməkdən başqa seçimə malik deyil.

Bizim.Media xəbər verir ki, bu fikri ABŞ senatoru Ted Kruz səsləndirib və Tehranla nüvə proqramı üzrə mümkün razılaşma perspektivlərini istisna edib.

O, Fox News-a müsahibəsində bildirib ki, Xameneinin rejimi zəifləyir və möhkəmlənmək üçün zamana ehtiyacı var. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp buna imkan verməyəcək.

“Xameneinin bizdən ala biləcəyi yeganə “razılaşma” hakimiyyəti tərk etməsinə icazə verilməsi və Rusiyaya və ya başqa yerə getməsidir”, – deyə senator bildirib.

O, Cenevrədə keçirilən son Tehran–Vaşinqton danışıqlarının müsbət nəticə verəcəyinə də şübhə etdiyini qeyd edib və növbəti altı ay ərzində İran, Venesuela və Kubada rejim dəyişikliklərinin mümkünlüyünü istisna etməyib.

Digər respublikaçı senator Lindsi Qrem isə “Sky News Arabia” telekanalına bildirib ki, ABŞ-ın İrana qarşı növbəti addımı ilə bağlı qərar yaxınlaşır.

Onun sözlərinə görə, bölgəyə hərbi qüvvələrin cəmləşdirilməsi təsadüfi deyil və ABŞ ilə İsrail arasında İran rəhbərliyinin imkanlarını zəiflətmək üçün mümkün birgə addımlar planlaşdırılır.

“Dönüm nöqtəsi aylarla deyil, həftələrlə ölçüləcək. Növbəti 30 gün həlledici ola bilər”, – deyə Qrem bildirib.

Senator əlavə edib ki, İranın yenidən “böyük dövlətə” çevrilməsinin ən yaxşı yolu hakimiyyətin ayətullahların əlindən çıxaraq xalqın nəzarətinə keçməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin